Mikayıl Cabbarov: Özbəkistanla ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması razılaşdırılıb

Tokio, 20 iyun, /AJMEDIA/

Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cü ilə qədər 1 milyard dollara çatdırılması barədə razılıq əldə edilib.

AJMEDIA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumda çıxışı zamanı deyib.

“Bu hədəfə çatmaq yalnız ticarət deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür. Bu istiqamətdə bir sıra addımlar atılır”, – deyə nazir əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts