Tokio, 09 iyun, /AJMEDIA/
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın əsgərlərini göndərdikdən sonra Los-Ancelesdə miqrantların etiraz aksiyası kəskinləşib.
AJMEDIA xəbər verir ki, aksiyanı dağıtmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.
Yüzlərlə etirazçı Los-Anceles şəhərinin mərkəzindəki Metropolitan təcridxanasının qarşısına toplaşaraq saxlanılan miqrantların azad edilməsini tələb edir. 3 gündür davam edən aksiyalarda saxlananların sayı 100 nəfəri keçib.