Tokio, 07 iyun, /AJMEDIA/
Çilidə 6,4 bal gücündə zəlzələ olub.
AJMEDIA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Atakama əyalətinin Dieqo de Almaqro qəsəbəsindən 52 kilometr cənub-qərbdə, ocağı isə Yerin 76,6 kilometr dərinliyində yerləşib. Dağıntı və ya tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.