Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olacaq

Tokio, 18 may, /AJMEDIA/

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı Bakı vaxtı ilə saat 18:00-a planlaşdırılıb.

AJMEDIA xəbər verir ki, bu telefon danışığı barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, liderlər arasında mühüm söhbət bundan əvvəl İstanbulda baş tutan danışıqların nəticələri nəzərə alınmaqla baş tutacaq.

Peskov deyib: “Gözləyəcəyik və söhbətin nəticələrinə əsasən mümkün olan ən yaxşı mesajı verəcəyik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts