Avropada yeraltı anbarlardakı qaz ehtiyatları 50 faizdən aşağı düşüb

Tokio, 16 yanvar, /AJMEDIA/

Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 49,33 faizə düşüb.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu göstəricilər “Gas Infrastructure Europe” məlumatında əks olunub.

Məlumatda qeyd olunub ki, bu, son beş ildəki orta göstəricidən 16 faiz aşağıdır. Hazırda Avropadakı anbarlarda 53 milyard kubmetr qaz var. Lakin hazırkı qaz tədarükü səviyyəsinin qorunub saxlanılacağı təqdirdə, martın sonuna qədər Avropada qaz ehtiyatları 15 milyard kubmetrdən aşağı düşəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts