Tokio, 26 mart, /AJMEDIA/
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.
AJMEDIA xəbər verir ki, 7-ci qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Ribnjak İdman Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.