Tokio, 10 yanvar, /AJMEDIA/
Yanvarın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə “Zəfərə aparan yol: böyük siyasətin möhtəşəm qalibiyyəti” mövzusunda konfrans keçirilir.
AJMEDIA xəbər verir ki, konfransda Azərbaycanın böyük Zəfərinə aparan yola nəzər salınacaq, bu Qələbənin əhəmiyyəti barədə danışılacaq.
Tədbirdə YAP-ın İdarə Heyətinin üzvü, BANM-in rektoru Elmar Qasımov, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Veteranlar Şurasının üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov, həmçinin tələbələr iştirak edirlər.