Şimali Koreyanın növbəti raket sınağı Yaponiyaya zərər vurmayıb

Tokio, 5 yanvar, /AJMEDIA/

Şimali Koreya tərəfindən növbəti ballistik raket sınağının keçirilməsi nəticəsində Yaponiyanın təyyarələrinə və gəmilərinə ziyan dəyməyib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Nobuo Kişi yanvarın 5-də jurnalistlərə məlumat verib.

“Şimali Koreya, çox güman ki, ballistik raketin növbəti sınağını keçirib. Bu anadək biz Yaponiyanın hava və dəniz gəmilərinə heç bir zərər qeydə almamışıq”, – deyə N.Kişi bildirib.

Nazirin qeyd etdiyinə görə, raket Yaponiyanın məxsusi iqtisadi zonasından kənarda dənizə düşüb.

N.Kişi, həmçinin bildirib ki, hazırda nazirlik həmin raketin uçuş trayektoriyasını təhlil edir. “Əgər o, adi trayektoriya üzrə buraxılan ballistik raketdirsə, bu halda biz güman edirik ki, o, təqribən 500 kilometr uçmalı idi”, – deyə nazir əlavə edib.

Xatırladaq ki, Şimali Koreya tərəfindən son raket sınaqları ötən ilin oktyabrında keçirilib. Həmin vaxt o, yeni ballistik raketin sualtı qayıqdan buraxılışı sınağını həyata keçirmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts