“World Festa Yokohama-2024” festivalında Azərbaycan rəqsləri böyük maraqla qarşılanıb

Tokio, 14 oktyabr, /AJMEDIA/

Oktyabrın 12-də və 13-də Yaponiyanın üçüncü böyük şəhəri olan Yokohamanın “Yamaşita” parkında təşkil edilən “World Festa Yokohama-2024” festivalında Azərbaycan rəqsləri izləyicilərin böyük marağına səbəb olub və gurultulu alqışlarla qarşılanıb.

Bu barədə AJMEDIA-ya Yaponiyanın “OTANTİK BUNKA” rəqs qrupunun rəhbəri Maki İnose məlumat verib. Əvvəlcə festival haqqında məlumat verən qrupun rəhbəri bildirib ki, Yokohamanın çox sevilən əyləncə yerlərindən biri olan “Yamaşita” parkında təşkil edilən festivalda tamaşaçılara müxtəlif ölkələrin milli mətbəxinin, xalq sənətlərinin nümunələri, mill mahnılar və rəqslər təqdim olunub. Festivalın keçirildiyi günlərdə həmin park istirahət üçün buraya gələn insanlarla – ailə üzvləri, sevgililər və dostlarla dolu olub.

Festivalda Azərbaycan rəqslərini çoxsaylı tamaşaçılara “OTANTİK BUNKA” qrupunun üzvləri ilə yanaşı, Yaponiyada yaşayan azərbaycanlı rəqqasə Dilarə Qazıyeva və yapon Tayqa Nozaki təqdim ediblər. Onların ifa etdiyi “Ağ çiçək”, “Uzundərə”, “Dəsmal”, “Nəlbəki”, “Naz eləmə”, “Vokaliz” və digər Azərbaycan milli rəqsləri izləyicilərin böyük marağına səbəb olub və gurultulu alqışlarla qarşılanıb. Sonda rəqqaslara qoşulan tamaşaçılar onlarla birlikdə “Yallı” rəqsini ifa edərək şənləniblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts