Tokio, 31 iyul , /AJMEDIA/
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.
Bu barədə AJMEDIA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.