Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Tokio, 17 iyul , /AJMEDIA/

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən AJMEDIA-ya bildirilib ki, görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi, o cümlədən “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarının enerji sisteminə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib.

Tədbirdə “Azərenerji” ASC-nin nümayəndələri də iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts