Bakıda regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mövzusunda dəyirmi masa təşkil olunub

Tokio, 21 dekabr, /AJMEDIA/

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Şimal-Cənub” Politologiya Mərkəzin təşkilatçılığı ilə “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində. İlin yekunları və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, “Baku Network” Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin direktoru Gülnarə Məmmədzadənin moderatorluğu ilə keçən dəyirmi masada çıxış edən “Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova 2020-ci ilin payızında baş verən 44 günlük müharibə nəticəsində regionda yaranan yeni reallıqların bir sıra sahələrdə, xüsusilə iqtisadi sahədə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın yeni perspektivlərini yaratdığını qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Nizami Səfərov bir il əvvəl ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnın Vətən müharibəsi ilə BMT-nin qəbul etdiyi qətnamələrinin tələblərinin həyata keçirildiyini bildirib, regionun iqtisadi inkişafına təkan verəcək amillər sırasında Rusiya ilə əməkdaşlığı xüsusi qeyd edib.

Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqə işləri üzrə komitəsi sədrinin müavini Artyom Turov, Azərbaycan Milli Məclisinin deputatları Əminə Ağazadə, Emin Hacıyev və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri Andrey Maslin tədbirdə çıxış ediblər.

Azərbaycanlı və rusiyalı ekspertlər çıxışlarında əməkdaşlığın yeni mərhələsindəki gözləntilər barədə danışıblar. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev yeni mərhələdəki gözləntilərin Azərbaycanla Ermənistan arasındakı kommunikasiya xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi ilə səmərəli olacağını bildirib. Diqqətə çatdırıb ki, keyfiyyətcə yeni formatda olacaq bu münasibətlərə digər region ölkələrinin qoşulması yaranacaq canlanmada mühüm amillərdən biri hesab edilir.

Rusiyada fəaliyyət göstərən “SKKAP” şirkətinin prezidenti İsmayıl Ağakişiyev ölkələrimiz arasında əməkdaşlığın əsas aspektlərindən birinin enerji sektorunda qarşılıqlı fəaliyyətin olduğunu deyib. Bunun təbii proses olduğunu bildirən rusiyalı analitik hər iki dövlətin öz iqtisadi strategiyalarının əhəmiyyətli xammal bazası əsasında qurulduğunu xatırladıb.

Rusiya Elmlər Akademiyası Dünya Iqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, siyasətin nəzəriyyəsi bölməsinin müdiri Eduard Solovyov qeyd edib ki, ölkələr arasında qarşılıqlı əlaqənin digər sahəsi elektrik enerjisidir. “Rusiya və Azərbaycan MDB-nin Elektrik Enerji Şurasının üzvləridir və Şura çərçivəsində müxtəlif layihələr üzrə əməkdaşlıq edirlər. Ekspertlər, həmçinin bu sahədə qarşılıqlı maraqların yaxınlaşması perspektivlərinin nədən ibarət olduğu, Rusiyanın elektrik enerjisi ilə bağlı layihələrinin nə dərəcədə perspektivli olduğu suallarına da cavab verməlidirlər”.

Rusiyalı ekspert hesab edir ki, səsləndirilən təkliflər ixtisaslaşmış ekspert platformalarının rəyindən sonra işlək mexanizm üçün əsas sayıla bilər.

“Sivilizasiyaların dialoqu” Elmi-Tədqiqat İnstitutunun rəhbəri Aleksey Malaşenko Cənubi Qafqazın təhlükəsizliyində Rusiya və Azərbaycanın rolunu aparıcı amil kimi dəyərləndirib.

CBC telekanalının baş direktoru Vüqar Xəlilov informasiya məkanında Azərbaycan-Rusiya tandeminin perspektivləri barədə danışıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin analitika qrupunun rəhbəri Faiq Hüsiyev hər iki ölkənin humanitar sahədə əməkdaşlığının regiona verə biləcəyi töhfələrdən bəhs edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts