Azərbaycanlı musiqiçinin arzusu Heydər Əliyev Fondunun dəstəyi ilə paralimpiyaçılarımız tərəfindən həyata keçirildi

Tokio, 5 sentyabr, /AJMEDIA/

Yaponiyanın Hamamatsu şəhərinə səfər edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) əməkdaşları bu şəhərdə yerləşən Dünya Musiqi Alətləri Muzeyinə Heydər Əliyev Fondunun hədiyyəsi olan tar, kamança və qaval təqdim ediblər.
AJMEDIA-nın xüsusi müxbiri xəbər verir ki, bu münasibətlə muzeydə keçirilən mərasimdə Azərbaycanın Yaponiyadakı səfirliyini birinci katibi Rövşən Cəfərov, ARMPK-nın şöbə müdiri Rüfət Hacılı və mətbuat katibi Azər Tapdıqov, Azərbaycan Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər iştirak ediblər.

Əvvəlcə qonaqlara muzey haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, muzey 1995-cı ilin aprelində təsis edilib. Məqsəd həm yapon, həm də dünya xalqlarının qədim və müasir musiqi alətləri barədə müxtəlif ölkələrdən toplanmış alətlər vasitəsilə ziyarətçilərdə ayrı-ayrı xalqların musiqi mədəniyyəti barədə təsəvvür yaratmaqdır. Muzeyin yaradılmasına dünyaca məşhur “Yamaha” pianinolarının Hamamtsu şəhərində istehsalı da mühüm təsir göstərib. Bildirilib ki, muzeyin iki mərtəbəsində, qitələr və ölkələr üzrə bölmələrdə toplanmış çoxsaylı alətlər demək olar ki, Yer kürəsinin bütün qitələrindən və müxtəlif ölkələrdən gətirilib. Muzeyə Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika, Avstraliyadan gətirilmiş bu alətlər ziyarətçilərdə həmin xalqların həm qədim, həm də müasir mədəniyyəti barədə təsəvvür yaradır. Çox geniş sahəyə malik olan muzeydə konsertlərlə yanaşı, elmi seminarlar, simpoziumlar da keçirilir. Muzeyin kuratoru xanım Savako İşii muzeydəki eksponatlar, onların gətirildiyi ölkələr barədə də qonaqlara ətraflı məlumat verib.
Sonra muzeyin direktoru Masayuki Tsurutanın iştirakı ilə Azərbaycan milli musiqi alətlərinin muzeyə təqdim olunması mərasimi keçirilib. Bildirilib ki, Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, həmçinin mədəniyyət sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycanlı müsiqiçilərin Yaponiyada, yapon musiqiçilərin isə ölkəmizdə çoxsaylı konsertləri təşkil edilib. 2018-ci ildə TÜRKSOY-un 25 illiyi münasibətilə Yaponiyada təşkil edilən turne zamanı Hamamatsu muzeyində olan azərbaycanlı musiqiçi Babək Quliyev burada Azərbaycan milli musiqi alətlərinin olmamasından təəssüflənib və bunu Yaponiyadakı diaspor təşkilatımızın fəallarına bildirib. Məsələ 2020-ci ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin “Host town” proqramının təşkili ilə əlaqədar Tokioya gəlmiş AMPK-nın şöbə müdiri ilə müzakirə olunub və paralimpiyaçılarımız məsələnin müsbət həllinə çalışacaqlarını bildiriblər.
Təşəbbüs Heydər Əliyev Fonduna çatdırıldıqdan sonra bəyənilib və milli musiqi alətlərimizin tezliklə Hamamatsu Dünya Musiqi Alətləri Muzeyinə çatdırılmasına dəstək verilməsi qərara alınıb.
Qeyd edilib ki, bu gün muzeyə təqdim edilən tar, kamança və qaval vasitəsilə ifa edilən muğam sənəti 2008-ci ildə, tar isə 2012-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
Səfirliyin birinci katibi Rövşən Cəfərov qabul üçün təşəkkür etdərək AR-nın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli səfiri G. İsmayılzadənin salamlarını çatdırmışdır. Azərbaycan-Yaponiya arasında dost münasibətlər barədə söz açmışdır. Xüsusi ilə Şizioka prefekturasının qubernatoru cənab Kavakatsu ilə səfirin görüşlərini xatırladaraq Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı şəhərinin dostlaşış şəhərləri barədə Muzey rəhbərliyinə məlumat vermişdir. Daha sonra Azərbaycan Paralimpiyacılarının ugurlarından, qazanılmış nealiyyətlər, o cümlədən 12 qızıl medal qazındığımızdan Muzey rəhbərıiyinə məlumat vermişdir. Yaponiyanın Şika şəhərinin bizim paralimpiyaçılarına “host-town” olduğu barədə, Azərbaycan idmançılarına yaradılmış şəraiti qeyd etmişdir. Şika şəhər rəhbərliyinin yigmamıza mənəvi dəstək verməsindən danışmışdır.
Tədbirdə çıxış edən R.Cəfərov Azərbaycanın Yaponiyadakı səfiri G. İsmayılzadənin salamlarını çatdırıb, Azərbaycan və Yaponiya arasında dost münasibətlər barədə söz açıb. Şizioka prefekturasının qubernatoru H.Kavakatsu ilə səfirin görüşlərini xatırladaraq, Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı şəhərinin dostlaşmış şəhərlər olması barədə məlumat verib. Azərbaycan Paralimpiyacılarının ugurlarından bəhs edərək, idmançılarımızın 12 qızıl medal qazındığını bildirib. Şika şəhərində “Host-town” proqramına qatılan paralimpiyaçılarımızın yarışlara yaxşı hazırlaşması üçün yaradılmış şəraitin çox yüksək olduğunu qeyd edib. Şika şəhər sakinlərinin yığmamıza mənəvi dəstək verdiyini bildirib.
2022-ci il Azərbaycan-Yaponoya arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd ediləcəyini xat;rladan diplomat Yaponiyanın və Azərbaycanın qədim tarixə və milli mədəni ənənələrə malik olduğunu qeyd edib. Azərbaycanın dünya irsinə töhvələri barədə m’lumat verib, o cümlədən Azərbaycanın mədəni irs nümunələrinin UNESCO tərəfindən qorunduğunu deyib. Bu irsin nümunələrinin Heydər Əliyev Fondu tərəfimdən muzeyə hədiyyə edildiyini və bu hədiyyəlrin muzeyə çatdırılması kimi şərəfli missiyanı Azərbaycan Paralimpiya yığmasının nümayəndələrinə həvalə edildiyini qeyd edib. Musiqi alətlərinin muzey eksponatları arasında layiqli yer tutacağını və ziyaərtçilər tərəfindən maraqla qarşılanacağına əmin olduğunu bildirib.
Tədbirdə çıxış edən R.Hacılı ARMPK-nın prezidenti İlqar Rəhimovun salamlarını tədbir iştirakçılarına çatdırıb və bu gözəl təşəbbüsün gerçəkləşməsində paralimpiyaçıların əməyinin şərəfverici olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın paralimpiyaçılara daim dəstək olduqlarını vurğulayıb. Yaponiyada paralimpiyaçılarımızın rekord nəticələr göstərməsinin bütün Azərbaycan üçün qururverici olduğunu deyib.
Tədbirdə çıxış edən muzeyin direktoru Masayuki Tsuruta qiymətli hədiyyələrə görə, qonaqlara minnətdarlığını bildirib. Qeyd edib ki, son günlər Azərbaycan paralimpiyaçılarının Tokioda nümayiş etdirdiyi performans hamı tərəfindən böyük heyranlıqla qarşılanır. Bu sizin xalqınızın nə qədər istedadlı və bacarıqlı olduğunu bir daha təsdiq edir.
Muzeyə təmənnasız olaraq təqdim edilən hədiyyələrə görə Heydər Əliyev Fonduna və Milli Paralimpiya Komitəsinə minnətdarlığını bildirən direktor Azərbaycanın UNESCO-nun fəaliyyətinə böyük dəstək verməsindən xəbərdar olduqlarını da bildirib. Qeyd edib ki, Yaponiyanın bir çox mədəniyyət abidələri UNESCO-nun Bakıda təşkil edilən konfransları zamanı Bəşəriyyətin Qeyri-Maddi İrsi siyahısına daxil edilib. Yapon xalqı bunu yaxşı bilir və yüksək qiymətləndirir.
Azərbaycan Paralimpiya Komitəsinin nümayəndə heyətinin təqdim etdiyi musiqi alətlərinin muzeydəki xüsusi guşədə yerləşdiriləcəyini qeyd edən direktor bu alətlər barədə həm yerli sakinlərə, həm də dünyanın hər yerindən Yaponiyaya gələn ziyarətçilərə ətraflı məlumat veriləcəyini də bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts