Rusiya aviaşirkəti Minvodıdan Gəncəyə həftəlik reys açır

Tokio, 31 may , /AJMEDIA/

Rusiyanın “Azimut” aviaşirkəti Minvodı-Gəncə həftəlik birbaşa reysini açır.

AJMEDIA xəbər verir ki, bunu Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib.

“Stavropolun hava əlaqələrinin coğrafiyasını genişləndiririk. Minvodı hava limanından yeni istiqamətə başlayırıq. İyunun 13-dən “Azimut” aviaşirkətinin Azərbaycanın ən böyük şəhərlərindən olan Gəncəyə birbaşa həftəlik reysinə start verilir”, – deyə Vladimirov telegram kanalında yazıb.

Qubernatorun sözlərinə görə, bu, Stavropol turistləri və sahibkarları üçün logistikanı daha rahat edəcək, eləcə də regiona turist axınını artırmağa kömək edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts