Tokio, 31 mart , /AJMEDIA/
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinin “Copilot” süni intellekt proqramından istifadəsi qadağan edilib.
AJMEDIA-nın məlumatına görə, kibertəhlükəsizlik idarəsi bu addımı şəxsi məlumatların oğurlanması riski ilə izah edib. Palata məsələni şərh etməyib.
Qeyd edək ki, “Copilot” süni intellekt proqramı “Microsoft” şirkətinin məhsuludur.