Ötən ay əlilliyi olan şəxslərə 9,1 min reabilitasiya vasitəsi verilib

Tokio, 17 fevral , /AJMEDIA/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında əlilliyi olan şəxslərə 9,1 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-a verilən məlumata görə, onlardan 612-i təkərli oturacaq (o cümlədən 3-ü mühərrikli təkərli oturacaq), 190-ı aşağı və yuxarı ətraf, habelə 235-i eşitmə aparatı, 227-si qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 247 cüt protez ayaqqabı, 454 cüt ortopedik ayaqqabı, 7 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Yanvar ayında ümumilikdə 1,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsilə təmin edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts