Avstraliya azərbaycanlıları ermənilərin növbəti provokasiyasına reaksiya verib

Tokio, 16 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Avstraliya azərbaycanlıları ermənilərin növbəti provokasiyasına reaksiya verib

Belə ki, cari ilin 7 fevral tarixində ermənilər tərəfindən Avstraliyanın Yeni Cənubi Uels ştatının parlamentində Avstraliya İttifaqındakı orta məktəb proqramlarına erməni, assuriya və yunan “soyqırımları” haqqında məlumatların daxil olunması, Holokost təhsilinin tədris olunması və bununla bağlı muzeyin açılması təklif olunub.

Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Mikayıl Oyta tərəfindən xarici işlər naziri Penni Vonq, Yeni Cənubi Uelsin baş naziri Kris Mins və digər millət vəkillərinə məktublar ünvanlanıb. Məktubda ermənilər tərəfindən irəli sürülən və heç bir beynəlxalq sübutu olmayan məsələlərin Avstraliya kimi multikultural cəmiyyətin müzakirə mərkəzində olmasının düzgün olmadığı qeyd olunub. Eyni zamanda icma olaraq Avstraliyanın multikultural mənzərəsi daxilində sülh və harmoniya yaratmağa çalışdıqları vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts