TBMM-in nümayəndə heyəti Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib

Tokio, 6 fevral , /AJMEDIA/

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti və Türkiyə səfirliyinin əməkdaşları fevralın 6-da Şəhidlər xiyabanında “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

AJMEDIA xəbər verir ki, nümayəndə heyətinin üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin xatirəsini anıb, abidənin üzərinə gül dəstələri qoyublar.

Sonda Şamil Ayrım “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts