Tokio, 27 yanvar , /AJMEDIA/
Azərbaycan Dövlət Turizm Agentliyinin Rusiya nümayəndəliyi bu il fəaliyyətini bərpa edəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, bu, turizm sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
“Biz gələcəyə nikbinliklə baxırıq və gələcəyimizin işıqlı olması üçün əlimizdən gələni edəcəyik”, – deyə P.Bülbüloğlu vurğulayıb.