Tokio, 13 yanvar , /AJMEDIA/
Danimarka hökuməti Kiyevə daha bir yardım paketi təqdim etdiyini açıqlayıb.
AJMEDIA xəbər verir ki, krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yardım Ukraynada infrastrukturun bərpasına – elektrik və istilik təchizatının təmin edilməsinə, həmçinin minaların aşkarlanmasına və zərərsizləşdirilməsinə yönəlib.
Bu, müdafiə sahəsi, vətəndaş cəmiyyəti və özəl sektora dəstək üçün Ukrayna Fondu çərçivəsində ayrılan üçüncü yardım paketidir. Paketin həcmi 151 milyon krondur (22,2 milyon dollar).
Qeyd edək ki, Danimarka Ukraynaya ən böyük dəstək göstərən ölkələrdən biridir. Yeni paket nəzərə alınarsa, Kopenhagen indiyədək Kiyevə 30,95 milyard kron (4,5 milyard dollar) yardım ayırıb.