XİN: Avropa Şurası komissarının hesabatı fundamental reallıqları əks etdirmir

Tokio, 13 yanvar , /AJMEDIA/

Avropa Şurasının insan hüquqları üzrə komissarının hesabatı Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir.

AJMEDIA xəbər verir ki, bu fikirlər Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırlanmış hesabatına – müşahidələrinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində yer alıb.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü sistemli şəkildə etnik təmizləmə aktlarına, hərbi cinayətlərə və yüz minlərlə azərbaycanlının, o cümlədən həssas vəziyyətdə olan uşaqların, qocaların və qadınların məcburi köçkünə çevrilməsinə səbəb olduğu məlumdur. Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq, təhsil, təhlükəsizlik, müdafiə və sağlamlıq hüququndan ciddi şəkildə məhrum edib. Regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəsləyirdik”, – deyə XİN-in şərhində bildirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts