Şəhid Həsən İsmayılov Gəncədə son mənzilə yola salınıb

Tokio, 5 yanvar , /AJMEDIA/

Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçu İsmayılov Həsən Ümid oğlu ilə yanvarın 5-də Gəncədə dəfn edilib.

AJMEDIA xəbər verir ki, Həsən İsmayılov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, hərbiçilər, şəhər icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İyirmi səkkiz yaşlı gizir ailəli idi. Onun iki övladı yadigar qalıb.

Xatırladaq ki, yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

Şəhid Həsən İsmayılov Gəncədə son mənzilə yola salınıb
Şəhid Həsən İsmayılov Gəncədə son mənzilə yola salınıb
Şəhid Həsən İsmayılov Gəncədə son mənzilə yola salınıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts