AMB: Gələn il cari əməliyyatlar hesabının profisiti ÜDM-in 9-10 faizi səviyyəsində gözlənilir

Tokio, 28 dekabr , /AJMEDIA/

2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir.

AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

“Baza ssenari üzrə son proqnozlara görə, 2024-cü ildə cari əməliyyatlar hesabının profisiti 7-8 milyard dolları olmaqla ÜDM-in 9-10 faizi səviyyəsində gözlənilir. 2024-cü ildə də qlobal geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq”, – deyə bəyanatda bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts