Nazir: Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilən pozitiv mesajların real işlərə transformasiyası ən önəmli məqamdır

Tokio, 25 dekabr , /AJMEDIA/

Son zamanlar, xüsusilə Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etməsindən sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilən mesajları təbii ki, diqqətlə izləyirik. Burada biz müəyyən pozitiv mesajları eşidirik.

AJMEDIA xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına məxsusi müsahibəsində söyləyib.

“Ancaq pozitiv mesajların və sözlərin verilməsi nə qədər önəmli olsa da, onların real işlərə transformasiya edilməsi ən önəmli məqamdır. Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir”, – deyə nazir əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts