Diaspor könüllülərinə təlim keçirilib

Tokio, 18 dekabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Diaspor könüllülərinə təlim keçirilib
“Azərbaycan Diaspor Könüllüləri” Proqramı çərçivəsində “Uğurlu karyera könüllülükdən başlayır” mövzusunda təlim keçirilib.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin baş məsləhətçisi, təlimçi Mahmud Məmmədzadə 50-ə yaxın gəncin qatıldığı təlimdə effektiv karyera planlamasının yolları haqqında geniş məlumat verib və zəngin təcrübəsini bölüşüb. Uğurlu müsahibənin yolları ilə bağlı vacib məqamlar da gənclərin diqqətinə çatdırılıb.

İştirakçılar interaktiv şəkildə verilən sualları cavablandırıb və müxtəlif qruplar üzrə tapşırıqları yerinə yetiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts