“Yardımlı rayonunda ailə sağlamlıq mərkəzinin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb

Tokio, 5 dekabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, “Yardımlı rayonunda ailə sağlamlıq mərkəzinin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb

Dekabrın 5 -də Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və “Yardımlı rayonunda ailə sağlamlıq mərkəzinin
tikintisi” layihəsinin benefisiar təşkilat qismində çıxış edən Yardımlı Rayon Mərkəzi Xəstəxanası arasında qrant müqaviləsi
imzalanıb. Yardımlı Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Rasim Əkbərov və TƏBİB-in nümayəndələri həmin mərasimdə
iştirak ediblər.
Bu layihədə Yardımlı rayonunun Çanaxbulaq kəndində ailə sağlamlıq mərkəzinin tikintisi planlaşdırılır. Layihənin icrası nəticəsində indiyədək ucqar ərazilərdən rayon mərkəzi xəstəxanalarına getmək məcburiyyətində olan pasientlər yeni tikiləcək ASM-də lazımi tibbi yardımı ala biləcəklər. Beləliklə, hədəf bölgəsi olan 15 kəndin əhalisinin tibbi xidmətə əlçatanlığının daha da yaxşılaşdırılmasının təmin edilməsi gözlənilir. Bu layihənin inşası üçün Yaponiya höküməti 90 min ABŞ dolları (təqribən 152,100 AZN) məbləğində qrant ayırıb.
Layihə icra olunduqdan sonra ASM Yardımlı RMX-nın tabeliyinə keçəcək. Yardımlı RMX mərkəzin nəzarətini və fəaliyyətini təşkil
edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts