Culiya Robertsin iştirakı ilə “Dünyanı geridə burax” filminin premyerası olub

Tokio, 2 dekabr , /AJMEDIA/

Culiya Robertsin baş rolda oynadığı “Dünyanı geridə burax” filminin bu həftə premyerası keçirilib. İtan Houk və Kevin Beykonun da rol aldığı ekran əsəri “Netflix”də dekabrın 8-dən yayımlanacaq.

Filmin prodüseri ABŞ-ın sabiq prezidenti Barak Obama və sabiq birinci xanım Mişel Obama, ssenarist və rejissor “Mister robot”un yaradıcısı Sem Esmaildir. Film Rumaan Alamın eyniadlı roman-bestselleri əsasında çəkilib.

Culiya Robertsin sözlərinə görə, “Dünyanı geridə burax” filmi onun özündən həddindən artıq seçilən şəxsi oynamağa imkan verən çoxlaylı triller-faciədir.

Lakin Sem Esmailin dediyi kimi, Alamın kitabının pərəstişkarları dəqiq adaptasiyanı gözləməməlidirlər.

“Ədəbi mühitdə işlənən kinematoqrafiyadakında işləməyə bilər. Mən Rumaanla çox açıq danışdım, interpretasiyada özümə sərbəstlik verəcəyimi ona dedim. Fikrimcə, bir çox hallarda bizim hər ikimiz istədiyimizi aldıq. Çünki kitab və film – bu, bir-birindən asılı olmayaraq hərəkət edən iki müxtəlif müstəqil əsərlərdir”, – deyə rejissor vurğulayıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts