Yaponiya və Cənubi Koreya Şimali Koreyanın orbitə kəşfiyyat peyki buraxmasını pisləyib

Tokio, 26 noyabr , /AJMEDIA/

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və onun cənubi koreyalı həmkarı Park Çin Pusanda danışıqlar zamanı noyabrın 21-də KXDR-in ilk kəşfiyyat peykini orbitə buraxmasını pisləyiblər.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Nazirlər KXDR-in ballistik raketinin buraxılışını qətiyyətlə pisləyiblər. Hətta peykin buraxılması nəzərdə tutulsa belə, insident ballistik raket texnologiyasından istifadə ilə bağlı olub və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır”, – deyə departamentin bəyanatında vurğulanır.

Görüş iştirakçıları Yaponiya, Cənubi Koreya və ABŞ-ın vəziyyətlə bağlı üçün sıx əməkdaşlığı davam etdirəcəklərini təsdiqləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts