Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Qırğızıstana gedib

Tokio, 22 noyabr , /AJMEDIA/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qırğız Respublikasına səfəri çərçivəsində paytaxt Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksini, Nizami Gəncəvi adına 103 nömrəli Qırğızıstan-Azərbaycan orta məktəbini və “İrs” İctimai Birliyinin nəzdindəki “Bazar günü məktəbi”ni ziyarət edib. Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, komplekslə tanışlıq müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məktəbin foyesindəki büstünün böyük ehtiramla ziyarət edilməsindən və abidəsinin önünə güllərin düzülməsindən başlayıb.

Qonağı səmimiyyətlə salamlayan Məktəb-Gimnaziyanın rəhbərliyi türk dünyasının görkəmli xadimi Heydər Əliyevin büstü, onun adını daşıyan otaq, həyatını və fəaliyyətini əks etdirən stend, məktəbin 12 oktyabr 2022-ci il tarixli açılış mərasimində Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı, dövlət başçımızın Bişkekə səfərini əks etdirən “Qırğızıstan-Azərbaycan Dostluğu” stendi və təhsil-tərbiyə kompleksinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Kompleksdəki dərs prosesi və burada yaradılmış şəraitlə tanışlıq zamanı şagirdlərin ifasında Azərbaycan və qırğız musiqisi, rəqsləri təqdim olunub. Komitənin adından məktəbə Azərbaycan bayrağı, milli geyim dəsti, milli musiqi əsərlərimizin notlarından ibarət kitab hədiyyə edilib.

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan 103 nömrəli Qırğızıstan-Azərbaycan orta məktəbi ilə tanışlıq qüdrətli söz ustadının məktəbin foyesindəki büstünün ziyarəti ilə başlayıb. Sonra qırğız şagirdlərinin ifasında Qırğızıstan və Azərbaycanın Dövlət himnləri səsləndirilib, mədəni proqram və məktəbin fəaliyyətindən bəhs edən virdeoçarx nümayiş etdirilib. Məktəbdə yaradılmış şəraitlə tanışlıqdan sonra tədris ocağına Nizami Gəncəvinin alman dilinə tərcümə edilmiş kitabı və Azərbaycan milli geyimi dəsti hədiyyə edilib.

“İrs” İctimai Birliyinin nəzdindəki “Bazar günü məktəbi”nin fəaliyyəti ilə tanışlıq zamanı açıq dərs prosesi izlənib. Şagirdlər Azərbaycan dilində müxtəlif şeirlər səsləndiriblər. Qonağa məktəbin fəaliyyət istiqamətləri, Azərbaycan dili dərsliklərinin təminatı və digər zəruri məsələlər barədə ətraflı məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts