Şuşada işlə təmin edilənlərin sayı açıqlandı

Tokio, 8 noyabr , /AJMEDIA/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib.

Bu barədə AJMEDIA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.

Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb.

Belə ki, 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.

Eyni zamanda, Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-dək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts