Tokio, 7 noyabr , /AJMEDIA/
Almaniyada yaşayan diaspor fəalı, beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər Türkiyə Cümhuriyyətinin Almaniyadakı səfiri Ahmet Başar Şenə məktubla müraciət edib.
Məktubda bildirilib ki, Almaniya Bundestaqının üzvü, Xarici əlaqələr komitəsinin sədri Mixael Helmut Rott Ermənistana səfəri zamanı sosial şəbəkədə Türkiyə ərazisində yerləşən Ağrı dağı ilə bağlı qəbuledilməz video paylaşıb: “Əfsuslar olsun ki, Ağrı dağının adını təhrif edib və “müqəddəs Ararat Dağı” adlandırıb. Bu, türk dövlətinə qarşı hörmətsizlikdir və ərazi tələbi olaraq qəbul edilir. Bu, beynəlxalq hüquqa və Almaniyanın Cinayət Məcəlləsinə ziddir”.
Diaspor fəalı Türkiyə səfirliyini bu məsələni araşdırmağa və Almaniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərməyə çağırıb: “Ən azı Türkiyə Cümhuriyyətindən üzr istənilməlidir!”