Füzulidən olan daha 22 ailə doğma yurduna qovuşub

Tokio, 11 oktyabr , /AJMEDIA/

İşğaldan azad olunan Füzuliyə sakinlərin qayıdışı davam edir. Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan 22 ailə Füzuliyə çatıb.

AJMEDIA xəbər verir ki, bu gün 22 ailə olmaqla, 59 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb. Onlar doğma yurda qovuşmağın sevinc hisslərini yaşayıb, öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək Vətənə qovuşmağın sevincini paylaşıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts