Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılacaq

Tokio, 4 oktyabr , /AJMEDIA/

Oktyabrın 8-də Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) “Azərbaycan” pavilyonunda neft və qaz sənayesi işçilərinin peşə bayramı ilə əlaqədar “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və mesenat. Şəxsiyyətin Rusiya və Azərbaycan tarixindəki rolu” adlı sərgi açılacaq.

AJMEDIA xəbər verir ki, tədbir Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR RUS” şirkəti və Geologiya, Neft və Qaz Muzeyi tərəfindən birgə təşkil olunacaq.

Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolu və fəaliyyətini əks etdirən fotoşəkillər təqdim olunacaq. Tədbirin qonaqları, həmçinin bu görkəmli sənayeçi və mesenatın tərcümeyi-halı, Azərbaycanda neft sektorunun tarixi ilə yaxından tanış ola biləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts