Azərbaycanın Nürnberqi: Erməni cinayətkarlar bu şəhərimizdə mühakimə edilsin – TƏKLİF

Tokio, 4 oktyabr , /AJMEDIA/

Azərbaycan əleyhinə cinayət törədən separatçıların “ov”una başlanılıb. Əli azərbaycanlıların qanına batmış separatçılar tutuluraq Bakıya gətirilib. İndiyədək 8 separatçı və cinayətkarın tutulduğu məlumdur. Bunlar Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Davit Manukyan, David Babayan, Levon Mnatsakanyan və Ruben Vardanyandır.

Ələ keçirilən separatçıların mühakimə prosesi ilə bağlı sosial şəbəkələrdə xeyli müzakirələr gedir. Bir sıra şəxslər düşünür ki, erməni cinayətkarlar öz faşist əməllərinə görə Nürnberq prosesinə bənzər mühakimə edilməlidir.

İkinci Dünya müharibəsinin başa çatmasından sonra məğlubiyyətə uğradılmış Nasist rejminin liderləri 1945-1949-cu illərdə Almaniyanın Nürnberq şəhərində mühakimə edildilər. Hərbi məhkəmələr ABŞ, Böyük Britaniya, Fransa və Rusiyanın hakimlərindən təşkil olumuşdu. Məhkəmələrdə nasistlərin dəhşətli cinayətləri ortaya çıxdı

Məsələ ilə bağlı Modern.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, hərbi cinayətlər törətmiş şəxslər mütləq cəzalandırılacaq. O deyir ki, həbs edilənlərin bəziləri 90-cı illərin əvvəllərində işğal zamanı azərbaycanlıların məskunlaşdığı şəhərlərdə, qəsəbələrdə qətliamlar törədib.

“Onlar xüsusi amansızlıqla cinayətlər işləyib, vandalizm aktları törədiblər. Azərbaycan vətəndaşlarına və onların mülklərinə ciddi ziyan vurublar. Müharibə qaydalarına zidd olaraq aparılan cinayətlərə görə müddət axını anlayışı yoxdur. Cinayəti 20-30 il əvvəl törətmiş olsalar belə, onlar yenə də məsuliyyət daşıyırlar. Faşist Almaniyasının cinayətkar elementlərinin bəziləri Cənubi Amerikada 20,30, 40 il keçdikdən sonra həbs edilirdilər və mühakimə olunurdular. 90-cı illərdə cinayət törətmiş bu yaramazlar, təbii ki, mühakimə olunmalıdırlar”

Ç.Qənizadə mühakimə prosesinin Gəncədə keçirilməli olduğunu düşünür:

“Ərazilərimiz tamamilə, həm erməni işğalçılarından, həm də separatçılardan azad edilib. Artıq Xankəndidə, Xocalıda, Ağdərədə bizim bayrağımız ucaldılır. İndi bunların ayrı-ayrı, yoxsa bir yerdə mühakimə olunması məsələsi müzakirə olunur. Bu, artıq hüquq-mühafizə orqanlarının işidir. Müharibə cinayəti törədənlər, Azərbaycan dövləti əleyhinə çağırış edənlər təbii ki, hamısı ayrı-ayrı maddələrlə mühakimə olunacaq. Hamısına eyni prosesdə də baxmaq mümkündür. Çünki onların həbs müddətləri 3-5 gün kimi qısa dövr ərzində müəyyənləşir. Onların mühakiməsi belə keçiriləcəksə, məkan Gəncə şəhəri olmalıdır. Çünki Arayik Arutyunyan demişdi ki, “Gəncəyə raketi mən atmışam”. Gəncədə gecə vaxtı mülki əhalinin yatdığı bir şəraitdə vətəndaşlarımızın qətlə yetirilməsi, evlərinin dağıdılması kimi ağır cinayətləri törədənləri elə Gəncə şəhərində mühakimə etmək olar. Tarixə də Nürenberq prosesinə uyğun bir Gəncə prosesi salına bilər. Bütün hallarda kimliyindən asılı olmayaraq, Azərbaycana qarşı bu cür ağır cinayətlər törətmiş separatçı rejimin dırnaqarası rəhbərləri və üzvləri, eləcə də Ermənistan vətəndaşları Azərbaycan hüquq mühafizə əməkdaşlarının əlinə düşdükdə mütləq mühakimə olunacaq”.

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov vurğulayıb ki, müharibə cinayətləri, soyqırımı və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər aministiya oluna bilməzlər:

“Dövlətin konstitusiyasının əleyhinə çıxan, ölkənin bir hissəsini zəbt edib qondarma rejim quran və təbii sərvətlərimizi talayanların isə mühakiməsi fərqli getməlidir. Onlardan kimlərinsə, aministiya olunması belə mümkündür.

Tribunal məsələsinə gəldikdə, bizim qanunvericiliyimizə görə konstitusiyamızda nəzərdə tutulmuş məhkəmələrdən kənar məhkəmələr yaradıla bilməz. Ərazi yuridiksiyasına uyğun olaraq, hərbi cinayətlər törətmiş şəxslər Gəncə, Lənkəran və Naxçıvan ağır cinayətlər məhkəməsində mühakimə olunmalıdır. Bizim cinayət məcəlləmizdə müharibə cinayətlərinə görə cəzalar müəyyənləşib. Bizim 1996-cı ildə qəbul olunmuş qanunumuz var. Həmin qanuna görə, dövlət əleyhinə, onun suverenlik əleyhinə, yaxud Azərbaycan xalqı əleyhinə cinayət törətmiş şəxslər amnistiya ola bilməz. Biz heç bir beynəlxalq cinayət məhkəməsinin tərəfdarı deyilik. Belə bir məhkəmə var. Onun üzvü olsaydıq belə, həmin məhkəmə mühakiməni özü həyata keçirməyəcəkdi. Dövlətin buna imkanı olmasa, ödənişli əsaslarla o işə baxa bilərlər. amma bizim məhkəmələrdə məsələyə baxılması uyğundur”.

S.Məmmədov məhkəmənin açıq keçirilməsinin tərəfdarı olduğunu qeyd edib:

“Mən keçmiş Yuqoslaviya üzrə hərbi tribunalda praktikada olmuşam. Beynəlxalq Cinayət Məhkəməsində olmuşam. İstənilən şəxs qeydiyyatdan keçməklə məhkəmədə iştirak edə bilər. Hesab edirəm ki, məhkəmə prosesi açıq olmalıdır. Onların əməlləri sübut olunarsa, bunun xalq tərəfindən də görülməsi yaxşı olar. Reportajlar verilə bilər.Cinayət prossesual və mülki prossesual məcəllədə məhkəmənin hansı hallarda açıq ola biləcəyi nəzərdə tutulub. Kütləvi zorlama kimi hallar olarsa, məhkəmənin qərarı ilə proses qapalı ola bilər”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts