Pakistanda terror aktı nəticəsində 34 nəfər həlak olub

Tokio, 29 sentyabr , /AJMEDIA/

Pakistanın Bəlucistan əyalətində yerləşən məscidlərin birinin yaxınlığında Mövlud Qəndili keçirmək üçün toplaşmış insanların arasında partlayış törədilib.

AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində biri polis olmaqla ən azı 34 nəfər ölüb, 130-dan çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bəzi mənbələr isə ölənlərin sayının 50-yə çatdığı barədə məlumat yayıb.

Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə və təcili tibbi yardım xidmətlərinin əməkdaşları çalışır.

Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib. Eyni zamanda, “Təhrik-e Taliban” qruplaşması partlayışla bağlı əlaqəsinin olmadığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts