“Qarabağ” Azərbaycan Kültür Cəmiyyəti erməni terrorunu pisləyib

Tokio, 27 sentyabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Stokholm şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Kültür Cəmiyyəti ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədilməsini sərt şəkildə pisləyib.

Cəmiyyətin adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması xəbəri Azərbaycan əsilli isveçliləri dərindən kədərləndirib.

Nəzərə çatdırılıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub. Bildirilib ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışı Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atır.

Azərbaycana dəstəyini ifadə edən “Qarabağ” Azərbaycan Kültür Cəmiyyəti beynəlxalq ictimaiyyəti bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiq göstərməyə və qətiyyətli addımlar atmağa çağırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts