IV Yay Düşərgəsində “Xalq diplomatiyası” mövzusunda panel təşkil olunub

Tokio, 16 avqust , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, IV Yay Düşərgəsində “Xalq diplomatiyası” mövzusunda panel təşkil olunub
Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində “Xalq diplomatiyası” mövzusunda panel təşkil olunub.

Panel zamanı tanınmış jurnalist, ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehralıyeva düşərgə iştirakçılarına dövlətlərarası münasibətlərin inkişafında və münaqişələrin həllində xalq diplomatiyasının rolundan danışıb.

Diskussiya şəraitində davam edən paneldə düşərgə iştirakçıları onları maraqlandıran suallara cavab alıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts