ABŞ Prezidenti Co Bayden 2024-cü il prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib

Tokio, 22 Noyabr, /AJMEDIA/

ABŞ Prezidenti Co Bayden ikinci müddətə bu posta seçilmək barədə niyyətini bəyan edib.

AJMEDIA Amerika KİV-inə istinadla xəbər verir ki, prezident Demokratlar Partiyasının tədbirlərindən birində bunu açıqlayıb. Lakin demokratların çoxu Baydenin ikinci müddətə irəli sürülməsinə şübhə ilə yanaşır. Çünki prezidentin artıq 79 yaşı var və onun amerikalılar arasında reytinqi aşağı düşməkdə davam edir. Noyabrın 19-da Bayden bağırsağında narkoz altında planlaşdırılmış əməliyyatın aparılması səbəbindən öz səlahiyyətlərini 85 dəqiqəlik müddətə vitse-prezident Kamala Harrisə həvalə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts