Tokio, 1 avqust , /AJMEDIA/
Məşhur “Euphoria” serialındakı Fezko obrazı ilə tanınan amerikalı aktyor Anqus Kloud vəfat edib.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, bəzi mənbələrin məlumatına əsəsən, gənc aktyor antidepresantların yüksək dozada qəbulu nəticəsində 25 yaşında dünyasını dəyişib.
“Biz bu gün inanılmaz bir insanla vidalaşmaq məcburiyyətindəyik. Anqus bizim üçün xüsusi biri olub. Ən yaxın dostu olan atasının vəfatı onun üçün ağır zərbə oldu və bu səbəbdən də depressiya ilə mübarizə aparırdı. Tək təsəllimiz indi onun atası ilə birlikdə olmasıdır. Ümid edirik ki, insanlar onu pozitivliyi, gülüşü və hər kəsə olan sevgisi ilə xatırlayacaq”, – deyə ailəsi bildirib