Tokio, 20 iyul , /AJMEDIA/
Energetika naziri Pərviz Şahbazov ilə Avstriyanın enerji tənzimləyici qurumu “E-Control”un icraçı direktoru, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) vitse-prezidenti Volfqanq Urbançiç arasında görüş olub.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, görüş zamanı Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb, mövcud əməkdaşlığın gündəliyi nəzərdən keçirilib və gələcək perspektivlər müzakirə edilib.