Daha bir ölkə Türkiyə PUA-ları alacaq

Tokio, 18 iyul , /AJMEDIA/

Türkiyənin “Baykar” şirkəti ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) ixracı üçün əməkdaşlıq müqaviləsi imzalanıb.

AJMEDIA yerli KİV-ə istinadən xəbər verir ki, müqavilə çərçivəsində “Baykar” təlim, texniki dəstək və logistika xidmətləri göstərəcək.

Məlumata görə, “Akıncı” PUA-ları Səudiyyə Ərəbistanı Hava və Dəniz Qüvvələri Komandanlığının inventarında xidmət edəcək.

İmzalanma mərasimi iki ölkə nümayəndə heyətlərinin Ciddədə keçirilən görüşlərindən sonra keçirilib. Müqavilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın iştirakı ilə imzalanıb.

“Baykar” və Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında əməkdaşlıq müqaviləsini şirkətin baş direktoru Haluk Bayraktar və Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari imzalayıb.

Türkiyə İxracatçılar Məclisinin 2021 və 2022-ci illərdəki məlumatlarına görə, “Baykar” müdafiə və aerokosmik sənayenin ən böyük ixracatçısı olub. Belə ki, 2022-ci ildə imzalanan müqavilələrlə şirkət 1,18 milyard dollarlıq ixracat həyata keçirib.

Qeyd edək ki, “Baykar” şirkəti “Bayraktar TB2” üçün 30, “Bayraktar Akıncı” üçün isə 6 ölkə ilə ixrac müqaviləsi imzalayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts