“Kitabxanaya kitab hədiyyə edirik” sosial layihə uğurla davam edir

Tokio, 6 iyul , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, “Kitabxanaya kitab hədiyyə edirik” sosial layihə uğurla davam edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı Gülzar İbrahimova kitabxananın “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə “Dostlaşmış nağıllar” (“Как подружились сказки”) kitablarını hədiyyə etdi.
Nağıl işgüzar Güllü nənənin nağıl qəhrəmanlarını ətrafına toplamasından, onlarla ünsiyyət qurmasından, dostluğa dair dəyərli məsləhətlər verməsindən bəhs edir.
Nağılda bütün qəhrəmanların mehribanlığından və dostluğundan danışılır.
Azərbaycan və rus dillərində yazılmış “Dostlaşmış nağıllar” (“Как подружились сказки”) kitabları aşağıdakı keçidlərdə və YouTube kanalında yerləşdirilib:
https://www.youtube.com/watch?v=hGps69WDwWAhttps://yandex.ru/video/preview/18224149044161017992

Follow us on social

Facebook Twitter Youtube

Related Posts