Yaponiya və Aİ liderləri təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlıq elan edəcəklər

Tokio, 3 iyul , /AJMEDIA/

Yaponiya və Avropa İttifaqı (Aİ) iqtisadi əməkdaşlığı inkişaf etdirəcək, həmçinin nazirlər səviyyəsində təhlükəsizlik məsələləri üzrə yeni məsləhətləşmələr formatına başlayacaq.
AJMEDIA xəbər verir ki, “Nikkei” qəzetinin yaydığı məlumata görə, bu müddəalar iyulun 13-də Brüsseldə keçiriləcək Yaponiya-Aİ sammitindən sonra birgə bəyanatda əksini tapacaq.
Yaponiya və Aİ regionda birgə dəniz təlimlərinin keçirilməsi barədə də razılaşa bilər. 2014-cü ildə onlar Somali sahillərində antipirat təlimləri keçiriblər. Dəniz təhlükəsizliyi ilə yanaşı, kosmos sahəsində, habelə kiberməkan və dezinformasiyaya qarşı mübarizə istiqamətlərində də əməkdaşlıq inkişaf edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts