Estoniya millisi Bakıya ciddi itkilərlə gələcək

Tokio, 14 iyun , /AJMEDIA/

“Avro-2024”ün seçmə qrup mərhələsində növbəti oyununu millimizə qarşı keçirəcək Estoniya yığması Bakıya itkilərlə gələcək.
AJMEDIA xəbər verir ki, rəqibin 8 futbolçusu iyunun 17-də baş tutacaq qarşılaşmanı buraxacaq. Bunlar Yoonas Tam, Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq və Markus Soometsdir.
Müdafiəçi Y.Tam şəxsi səbəblərə görə komandanın düşərgəsinə qoşulmayıb. Digər 7 oyunçu isə zədə səbəbindən yığmaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Estoniya Bakıdakı oyundan 3 gün sonra öz meydanında Belçika ilə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts