Tokio, 26 may , /AJMEDIA/
Amerikalı sahibkar İlon Maska məxsus “Neuralink” neyrotexnologiya şirkəti əllərin köməyi olmadan kompüter və telefondan istifadə etmək üçün insan beyninə çip implantasiya etmək üçün klinik sınaqlar keçirməyə icazə aldığını açıqlayıb.
AJMEDIA-nın məlumatına görə, bu barədə şirkət öz “Twitter” səhifəsində yazıb.
“İnsan üzərində ilk klinik sınağımıza başlamaq üçün ABŞ Qida və Dərman Administrasiyasından icazə aldığımızı elan etməkdən məmnunuq”, – deyə şirkət bildirib.