Sudanda davam edən döyüşlər nəticəsində həlak olan dinc sakinlərin sayı 850-yə çatıb

Tokio, 20 may , /AJMEDIA/

Sudan ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında davam edən döyüşlər nəticəsində indiyədək azı 850 dinc sakin həlak olub, 3400-ə yaxın insan yaralanıb.
AJMEDIA “Al Jazeera” telekanalına istinadla xəbər verir ki, bu barədə Sudan həkimlərinin həmkarlar ittifaqı məlumat yayıb.
Həlak olan və yaralananların dəqiq sayı bundan xeyli çox ola bilər. Belə ki, həmkarlar ittifaqının nümayəndələri əsasən paytaxtdan kənarda yerləşən xəstəxanaların çoxuna gedə və insan itkiləri ilə bağlı bütün məlumatları toplaya bilmirlər.
Hazırda paytaxt Xartumda və bəzi əyalətlərdə hərbi əməliyyatlar davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts