Tokio, 12 aprel , /AJMEDIA/
İlkin rəylərə əsasən deyə bilərik ki, dünənki təxribat planlaşdırılmış idi.
AJMEDIA-nın məlumatına görə, bu barədə bu gün Bakıda xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistan belə məsuliyyətsiz təhlükəli addımlardan çəkinməlidir. Çünki bunun nəticələri çox ağır ola bilər necə ki, dünən oldu”, – nazir bildirib.