Tokio, 7 aprel , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Prezident İlham Əliyev Ramil Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.