Tokio, 26 mart , /AJMEDIA/
Fransanın Metz şəhərində X beynəlxalq Abilimpiya çempionatı keçirilir.
AJMEDIA Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, Azərbaycan debüt etdiyi çempionatda ilk medalını qazanıb.
Yığmamızın üzvü Leyla Rəsulova bürünc medala sahib olub.
Milçə ilə toxuculuq peşə sahəsi üzrə keçirilən yarışda təmsilçimiz üçüncü olub.