Tokio, 7 fevral , /AJMEDIA/
İstanbulda keçirilməsi planlaşdırılan atletika üzrə qış Balkan çempionatı ləğv edilib.
AJMEDIA Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, buna Türkiyədə baş vermiş dəhşətli zəlzələ səbəb olub. Yarış fevralın 11-də keçirilməli idi.
Qış Balkan çempionatında Azərbaycan atletlərinin də iştirakı nəzərdə tutulmuşdu.
Daha əvvəl taekvondo üzrə açıq Türkiyə çempionatı ləğv olunub. Bu səbəbdən Azərbaycan millisi yaxın günlərdə Bakıya qayıdacaq.